Con Singer Sarcent

Con Sinqer Sarcent
John Singer Sargent
1906-cı ildə çəkilən avtoportreti (Uffizi qalereyası, Florensiya)
1906-cı ildə çəkilən avtoportreti (Uffizi qalereyası, Florensiya)
Doğum tarixi
Doğum yeri Florensiya, İtaliya İtaliya
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri London, İngiltərə İngiltərə, Böyük Britaniya Birləşmiş Krallıq
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Dəfn yeri
  • Brukvud qəbiristanlığı[d][1]
Milliyyəti amerikalı
Fəaliyyəti rəssam, memarlıq çertyojçusu[d], memar
Təhsili
Janrlar peyzaj, portret
Stil sulu boya
Tanınmış işləri "Madam X-in portreti"
"Zəhərli qaz"
"Qərənfil, zanbaq, zanbaq, qızılgül"
Təsirlənib Leon Bonnat, Dieqo Velaskes
Üzvlüyü
Mükafatları Pour le Mérite İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Sinqer Sarcent (12 yanvar 1856, Florensiya - 14 aprel 1925, London) — VIII Edvard dövründə Böyük Britaniyanın varlılarını və ziyalarını təsvir etdiyi portretləri ilə tanınan amerikalı rəssam.

İncəsənət həyatında 900-dan çox yağlıboya əsəri, 2000-dən çox sulu boya əsəri və minlərlərlə eskiz yaratmışdır. Əsərlərinin içində Venesiya, Tirol, Korfu, Mayns, Florida kimi səyahət etdiyi şəhərlərin peyzajları da var.

Sarcentin ailəsi amerikalı idi. Buna baxmayaraq həyatının böyük bir hissəsini Avropada keçirmişdir. İncəsənət təhsilini tamamaladıqdan sonra Londonda yaşamışdır. Londonda portret çəkmək bacarığı ilə məşhurlaşmış və bu şöhrətini vəfat edənədək qorumuşdur. Rəssam həyatında bir çox mübahisə ilə qarşılaşmışdır. Məsələn, hələ karyerasının ilk illərində "Madam X-in portreti" adlı əsərini portretçi kimi məşhurlaşmaq üçün yaratmışdı. Amma bu rəsm əsəri 1884-cü ildə açılan Paris Salonunda sərgilənərkən böyük tənqidlərə məruz qalmışdır.

Sarcent ilk illərdə eskizlərə üstünlük vermişdir. Eskizlərindən imperializm üslubu görülməkdədir. Daha sonra müştərilərin sifarişinə uyğun olaraq portret çəkməyə başlamışdır. Lakin həyatının son illərində peyzaja yönəlmişdir.

  1. Find a Grave (ing.). 1996.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search